Rusiyanın Perm vilayətinin Solikamsk şəhərində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Diasporpress.az xəbər verir ki, Solikamsk şəhərindəki Azərbaycan diasporunun təşkilatçılığı ilə baş tutan tədbirdə soydaşlarımız, yerli ictimaiyyətin və müxtəlif icmaların nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan Azərbaycan diasporunun sədri Uğur Əfəndiyev baharın müjdəçisi, barış, nikbinlik, dostluq və xeyirxahlıq rəmzi olan Novruz bayramı münasibətilə soydaşlarımızı təbrik edib.
Tədbirdə çıxış edən şəhər dairəsi administrasiyası başçısının müavini İnna Tonkix, şəhər dairəsi administrasiyasının daxili siyasət şöbəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Liliya Bannikova və başqa qonaqlar soydaşlarımıza xoş arzularını bildiriblər, Azərbaycan diasporunun Solikamsk şəhərinin mədəni müxtəlifliyinə verdiyi töhfələri yüksək qiymətləndiriblər.
Bayram şənliyi əyləncəli oyunlar və milli rəqslərimizlə davam edib.