Diaspor

“SOCAR Energy Georgia” şirkəti Gürcüstandakı soydaşlarımıza növbəti yardım aksiyasına başlayıb

“SOCAR Energy Georgia” şirkəti Gürcüstandakı soydaşlarımıza növbəti yardım aksiyasına başlayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“SOCAR Energy Georgia” şirkəti Gürcüstanda yaşayan soydaşlarımıza növbəti yardım aksiyasına başlayıb.

Diasporpress xəbər verir ki, Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyi Aparatının iştirakı ilə təşkil olunan aksiya ölkənin 5 bölgəsində 10 bələdiyyəni əhatə edəcək.
Yardım aksiyası çərçivəsində ehtiyacı olan və sosial təminatsız 3 min ailəyə qida məhsullarından ibarət yardımlar paylanacaq. Bütün bölgələr üzrə yardım alacaq ailələrin siyahısı yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılıb.
Artıq ilk yardım paketləri dekabrın 25-də Raça, Sameqrelo, Şida Kartli, Mtsxeta-Mtianeti və İmereti bölgələrində paylanılıb. Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, parlamentin deputatı Zaur Darğallı və digər rəsmi şəxslər iştirak ediblər.
Yardım alacaq ailələrdən 800-ü azərbaycanlıların yığcam məskunlaşdığı Kaxeti və Kvemo Kartli bölgəsində yaşayır.
“COVID-19 pandemiyası dövründə ölkədə fövqəladə vəziyyətin elan olunması sosial təminatsız ailə və insanlara xüsusən ağır təsir edib. Şirkət ilkin tələbat ərzaq məhsullarının Gürcüstanın müxtəlif bölgələrində yaşayan çoxuşaqlı ailələr, həmçinin tənha yaşlı insanlara təqdim etməyə qərar verib”, – deyə “SOCAR Energy Georgia” şirkətinin məlumatında bildirilib.
Qeyd edək ki, bu aksiya “SOCAR Energy Georgia” şirkətinin Gürcüstanda həyata keçirdiyi ilk xeyriyyə tədbiri deyil. Belə ki, şirkət koronavirusla mübarizəyə dəstək məqsədilə yaradılan “StopCov” Fonduna 200 min lari ianə edib, bu ilin martında Gürcüstan üzrə 2 min ailəyə ərzaq yardımı göstərib.