Dünya

Slovakiyada koronavirusa görə fövqəladə vəziyyət rejimi 40 gün uzadılıb

Slovakiyada koronavirusa görə fövqəladə vəziyyət rejimi 40 gün uzadılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Slovakiya Milli Şurası (parlamenti) hökumətin fövqəladə vəziyyətin 20 mart tarixindən 40 günədək uzadılması barədə 17 mart tarixli qərarını təsdiqlədi.

Məlumata görə, bu barədə TAZ telekanalı xəbər verib.

Fövqəladə rejimin uzadılması ilə bağlı hökumətin təşəbbüsü 78 millət vəkili tərəfindən dəstək alıb. 15 millət vəkili bunun əleyhinə olub.

İclasda ən yüksək qanunverici orqanın 150 üzvündən 96-sı iştirak edib.

 

 

İnterpress.az