“Eskalasiyaya səbəb olacaq istənilən hərəkətlərdən çəkinmək və 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın bütün bəndlərini yerinə yetirmək vacibdir”.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdən sonra keçirilən mətbuat konfransında Slovakiyanın xarici işləri naziri İvan Korçok deyib.
O bildirib ki, Avropa İttifaqının üzvü olaraq Slovakiya ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləməkdə davam edir: “Etimad tədbirlərinin möhkəmləndirilməsinə yönəlmiş son addımları alqışlayırıq”.
Slovakiyanın XİN rəhbəri azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinin vacibliyini qeyd edib: “Bu vacib məqamdır. Biz insanların həyatını qorumalı və bədbəxt hadisələrin baş verməsinin qarşısını almalıyıq”.