Siyavuş Novruzov: “Azərbaycanda müasir tibbi avadanlıqları işlədə bilən mütəxəssislər azdır”

“İcbari tibbi sığorta sisteminin tətbiqi uzun zamandır müzakirə olunur. Ancaq yenə də ciddi şəkildə ictimai müzakirələrə ehtiyac var. Bu sahənin mütəxəssisləri məsələni yenidən cəmiyyətə ətraflı izah etməlidirlər”.

Siyavuş Novruzov: “Azərbaycanda müasir tibbi avadanlıqları işlədə bilən mütəxəssislər azdır”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İcbari tibbi sığorta sisteminin tətbiqi uzun zamandır müzakirə olunur. Ancaq yenə də ciddi şəkildə ictimai müzakirələrə ehtiyac var. Bu sahənin mütəxəssisləri məsələni yenidən cəmiyyətə ətraflı izah etməlidirlər”.

DiasporPress.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu məsələ tək qanunla həll olunan deyil: “İnsanlara sığorta sistemdən necə istifadə olunması izah edilməlidir. Bununla bağlı İctimai televiziyada həftədə 3 dəfə veriliş efirə getməli, mütəxəssislər dəvət olunaraq sistemin mahiyyəti izah olunmalıdır. İnsanlar hesab edir ki, qanun qəbul edildi və hansı xəstəliyi olsa, sığorta kağızını göstərib müalicə olunub oradan çıxmalıdır. Ona görə də insanlara izah edilməlidir ki, paketə nələr daxildir və proses necə olacaq. Bu işdə peşəkar kadr potensialına ehtiyac var”.

S.Novruzovun sözlərinə görə, kimlərsə bu günə qədər yarım ştat həkim işləyib və bu hansı formada olacaq, seçim necə aparılacaq, hansı həkimlər insanlara xidmət göstərək və s. kimi suallar öz cavabını tapmalıdır: “Biz həkimlik sistemini hərbi sistem kimi etməliyik. Həkim bölgəyə ezam olundusa, mütləq ora getməlidir. Elə hal da olur ki, Azərbaycan Tibb Universitetini bitirən şəxslər məhz Bakıda qalıb burada özəl tibb müəssisələrində işləmək istəyirlər. Yaxud da qərar qəbul ediləndə adını haradasa yazdırır, amma burada hansısa klinikada fəaliyyət göstərir. Yəni bu sahədə cavabı alınacaq suallar çoxdur”.

“Bu təcrübəni həyata keçirən inkişaf etmiş bir çox ölkənin nəticələri ilə maraqlanmışam. Məlum olub ki, hələ də ən inkişaf etmiş ölkələrdə belə bu problemlər öz həllini tamamilə tapmayıb. Çalışmalıyıq ki, ölkədə icbari tibbi sığortaya keçid vətəndaşlar arasında narazılıqlara səbəb olmasın. Əsas məsələ bu sistemin vətəndaşların sağlamlığına xidmət etməsidir. Azərbaycanda kifayət qədər müasir tibbi avadanlıqlar var. Amma hələ də onları işlədə bilən mütəxəssislər kifayət qədər deyil. Ona görə də bu avadanlıqları işlədə bilən kadrların olması vacibdir. İcbari tibbi sığortadan yararlanan vətəndaş gəlib deyəcək ki, pulumu ödəmişəm və tələb edəcək ki, mənə düzgün diaqnoz qoyun. Problem olanda da məhkəmə çəkişmələri başlayacaq. Ona görə də ictimai müzakirəyə ciddi şəkildə ehtiyac var. Bir-iki rayonda bunu həyata keçirmək olar. Bütövlükdə respublikanı əhatə etmək üçün tam şəkildə əminlik olmalıdır. Əminlik oldluqdan sonra sistemi ölkə üzrə tətbiq edə bilərik”, – deyə o əlavə edib.

 

DiasporPress.az