Yeni çağırış Milli Məclisə keçirilmiş seçkilərin yekunlarına əsasən Milli Məclis səlahiyyətli tərkibdə formalaşdığı gündən etibarən siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən ayrılan vəsaitin rüblər üzrə bərabər hissələrlə siyasi partiyanın bank hesabına köçürülməsinə dair yeni qayda müəyyənləşib.
Diasporpress.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Siyasi partiyalar haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
Diasporpress.az