Şimali Kipr Türk Respublikasında Novruz bayramı ilə bağlı təntənəli tədbir keçirilib.
Bu barədə Azərbaycan-Kipr Dostluq Cəmiyyəti məlumat yayıb.
Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin təşkilatçlığı, Diasporla İş üzrə Dövlət Komitəsinin və Girnə Amerika Universitetinin təşkilati dəstəyi ilə baş tutan tədbirin açılış mərasimində Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Türkiyə Prezidentinin baş müşaviri, TRT-nin İdarə Heyətinin üzvü Mustafa Akış, Şimali Kipr Türk Respublikasının Parlament sədri Zorlu Törə, Türkiyə Respublikası Lefkoşa səfiri Əli Murad Başçəri, Nəqliyyat və rabitə naziri Ərhan Arıklı, Türkiyə, Şimali Kipr və Azərbaycan millət vəkilləri Vüqar İskəndərov, Naqif Həmzəyev iştirak ediblər.
Bildirilib ki, öncə qonaqların iştrakı ilə Novruz tonqalı yandırılıb, Novruzun simvollarından yumurta döyüşdürülüb və dəmir döyülüb. Sonra rəsmi mərasimə başlanılıb.
Tədbirdə açılış nitqi söyləyən cəmiyyətin sədri Orxan Həsənoğlu bütün qonaqları salamlayıb və bayram münasibəti ilə təbrik edib. O bildirib ki, Novruz bayramı Türk xalqları üçün böyük əhəmiyyəti var.
Eyni zamanda Novruz ümumbəşəri bir bayramdır. Türklər üçün Növruz Ergenekondan çıxışın simvoludur.
Daha sonra Girnə Amerikan Universiteti qurucu rektoru Sərhat Akpınar, Azərbaycan millət vəkili Vüqar İsgəndərov, Parlament sədri Zorlu Törə, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrubu sədri Şamil Ayrım, Nəqliyyat və Rabitə Naziri Ərhan Arıklı, Türkiyə-Şimali Kipr Türk Respublikası parlamentlərarası dostluq qrupunun sədri sədri Orhan Erdem və Şimali Kipr Türk Respublikası Prezidenti Ersin Tatar çıxış ediblər.
Natiqlər Novruz bayramının əhəmiyyətindən danışıblar.
Novruz bayramı tədbiri müxtəlif musiqili-əyləncəli hissə ilə davam edib. Tədbiri Ankara Universiteti Konservatoriyasının tələbəsi, gənc müğənni Nigar Rəhimovanın ifaları ilə yekunlaşıb.