Diaspor

Şimali Kiprdə “Azərbaycan Müstəqillik Günü Sərgisi” keçirilib – FOTOLAR

Şimali Kiprdə “Azərbaycan Müstəqillik Günü Sərgisi” keçirilib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Doğu Universiteti Xəstəxanası Sərgi Salonunda Kipr Müasir İncəsənət Muzeyi tərəfindən 54 azərbaycanlı rəssamın əsərlərinin bir araya gətirildiyi “Azərbaycan Müstəqillik Günü Sərgisi” rəsmi açılışı baş tutub.

Diasporpress.az xəbər verir ki, açılışa ŞKTR prezident Ersin Tatar, ŞKTR parlamentinin sədri Zorlu Törə, Əmək və Əhalinin Sosial Müdafiə naziri Həsən Taçoy, YDU-nun qurucu rektoru, tanınmış ictimai xadim Suat Günsel, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orhan Həsənoğlu, YDU rektoru professor Tamer Şanlıdağ, həmin ölkədə yaşayan soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələri qatılıb.

Bu barədə Azərbaycan-Kipr Dostluq Cəmiyyəti mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, tədbirdə ŞKTR prezident Ersin Tatar çıxış edərək deyib: ““Azərbaycanın ən qabaqcıl universitetlərindən biri olan Yaxın Şərq Universitetinin ev sahibliyi etdiyi “Azərbaycan Müstəqillik Günü Sərgisi”nin açılışında olmaqdan çox xoşbəxtəm. Türk dünyasında bu qədər böyük rəsm kolleksiyanı bir mərkəzə toplayan, YDU-nin xüsusi muzeyi olan Kipr Müasir İncəsənət Muzeyinin Şimali Kipr Türk Respublikasında olması bizim üçün böyük qürur mənbəyidir. Mən Azərbaycanın müstəqilliyinə həsr olunmuş bu mənalı sərgidə Mehmed Emin Resulzadə və Heydər Əliyevin xatirəsini rəhmətlə yad edir, Azərbaycan Prezidenti cənab İlham Əliyevə salamlarımı çatdırıram”.
Daha sonra çıxış edən, Azərbaycanın türk dünyası üçün əhəmiyyətini vurğulamaqla başlayan Cümhuriyyət Məclisinin sədri Zorlu Tör’ Azərbaycanı digər Türk respublikalar;na açılan qapı kimi dəyərləndirib.

Çıxışını şeirlərlə bəzəyən Parlament sədri Tör’ Azərbaycanın ilk prezidenti Məmmədəmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” kəlamına da toxunub”.
Daha sonra çıxış edən Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu qonaqları salamlayıb. Azərbaycan tarixində qızıl hərflərlə yazılan Müstəqillik Günü ilə bağlı keçirilən sərgidə əməyi olan universitet rəhbərliyinə və əməkdaşlarına öz minnətdarlığını bildirib. Natiq xüsusi ilə vurğulayıb ki: “Dünya sənət tarixinə nəzər saldıqda aydın görünür ki, sənətin ilk təməlləri əsrlər əvvəl Azərbaycanın Qobusdan qəsəbəsində qoyulmuşdur. Əcdadlarımız qayalar üstünə müxtəlif sənət əsərləri işlımişlər. Bu günə qədər orijinallığını qoruyub saxlayan əsərlər eyni zamanda bizim qədim tarixi-kökümüzdən xəbər verir”. Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətinin ortaq mədəniyyətə malik olduğunu bildirən Orxan Həsənoğlu, “Müstəqilliyini bütün dünyaya elan edən və bunu qəbul etdirən Azərbaycanın yetişdirdiyi bir çox sənətkar KKTC-dən keçərək Kipr muzeyinə əsərlər bəxşediblər. Onların bəziləri bu gün də Azərbaycan incəsənətini və mədəniyyətini ŞKTC-də təbliğ edərək burada yaşamağa davam edirlər”.

Professor Tamer Şanlıdağ: “Kıbrıs Müasir İncəsənət Muzeyi yaratdığı bənzərsiz sənət kolleksiyası ilə yanaşı, ölkəmizin bir parçası olduğu Türk dünyası ölkələrinin bir-biri ilə və dünya ilə körpü qurmasına şərait yaradır”.

Sərgidəki çıxışına Azərbaycan Respublikasının müstəqillik mübarizəsi haqqında qısa məlumat verərək başlayan Yaxın Şərq Universitetinin rektoru Prof. Dr. Tamer Şanlıdağ, “Sərgimizi 105 il əvvəl baş vermiş çox əhəmiyyətli bir hadisənin şərəfinə həsr edirik” dedi.

Azərbaycanın nadir və rəngarəng irsə malik olduğunu deyən prof. Dr. Tamer Şanlıdağ, “Xalçaçılıq, keramika işi, miniatür rəssamlığı və heykəltəraşlıq kimi sahələrdə türk dünyasının izlərini daşıyan, zəngin irsi və ustad işləri olan bu Azərbaycan sənətçiləri; ölkənin mədəni kimliyini və sənət səhnəsini formalaşdırmağa davam edir”.

Kipr Müasir İncəsənət Muzeyi 50 mindən çox sənət əsəri ilə təkcə Kiprin deyil, bölgənin ən böyük müasir incəsənət muzeyi olduğunu vurğulayan Prof. Dr. Tamer Şanlıdağ 14 türk toplumuna mənsub sənətçilərin zəngin əsər kolleksiyaları ilə türk dünyası mədəniyyətini bir araya gətirdiklərini də bildirib. Professor Şanlıdağ “Türk dünyasının ən önəmli yerlərindən biri olan Azərbaycanın bu kolleksiyalarda xüsusi yeri var” deyə bildirib.