Diaspor

Silahlı Qüvvələr Günü İstanbulda qeyd edilib

Silahlı Qüvvələr Günü İstanbulda qeyd edilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan diasporu İstanbul şəhərində mərasim təşkil edib.

Mərasimdə Dövlət Komitəsinin əməkdaşları, Azərbaycanın İstanbuldakı konsulluğunun, Dünya azərbaycanlılarının ikinci toplantısı üçün İstanbula gələn Azərbaycanlıların Koordinasiya Şuralarının, Azərbaycan evlərinin təmsilçiləri, Türkiyədə təhsil alan 37 azərbaycanlı kursant, qardaş ölkədə müalicə olunan 31 qazimiz , eləcə də onların ailə üzvləri və Milli Müdafiə Universitetinin yüksək çinli heyətindən və  professorlarından ibarət daha 12 nəfər  tədbirdə iştirak edib.

Mərasimdə çıxış edən Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, 103 il öncə yaradılan Azərbaycan Silahlı Qüvvələrinin yenidən qurulması istiqamətində dahi siyasətçi, görkəmli dövlət xadimi, Ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev misilsiz xidmətlər göstəriblər. Müzəffər Ali Baş Komandan İlham Əliyev ordumuzu dünyanın ən mütəşəkkil Silahlı Qüvvələri sırasına yüksəltməklə Azərbaycanı qalib dövlətə, azərbaycanlıları isə qalib xalqa çevirib.

Əlamətdar gün münasibəti ilə qonaqları təbrik edən komitə sədri bildirib ki, bu bayramı məğlubedilməz orduya malik qalib xalq və qalib dövlət kimi qarşılamaq hər bir azərbaycanlıda böyük qürur və fəxarət hissi doğurur.

Tədbir çıxışlarla davam edib.

 





    DİASPORPRESS.AZ