Diaspor

Seyfullah Türksoy: Əslində bu mənim üçün çox ciddi sürprizdi

Seyfullah Türksoy: Əslində bu mənim üçün çox ciddi sürprizdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bir qrup soydaşımız və Azərbaycana dost ölkələrin diaspor nümayəndələri “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı və təşəkkürnamə ilə təltif olunub.

Beynəlxalq aləmdə Azərbaycanla bağlı obyektiv informasiyaların yayılmasında göstərdikləri xidmətlərə mükafatlandırılan  İpəkyolu Strateji Araşdırmalar Mərkəzinin sədri Seyfullah Türksoy ölkə rəhbərliyinə və Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edib.

DiasporPress.az Seyfullah Türksoyum sosial şəbəkələrdəki şəxsi hesabından etdiyi təşəkkürü olduğu kimi təqdim edir :

“Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi dünən 500 nəfərə yaxın soydaşımızın iştirakı ilə 4 saatdan çox davam edən böyük bir həmrəylik konfransı keçirdi. Bu il “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə Azərbaycan üçün mühüm töhfələr verən diaspor təşkilatlarının üzvləri və diaspor fəallarından 92 nəfərinə ilk dəfə medal və onlarla həmvətənimiz təşəkkürnamə ilə təltif edildi.

Təltif olunanlar arasında digərləri ilə yanaşı mənim ismim də yer almaqdadır. Biz həmin medala Beynəlxalq aləmdə Azərbaycanla bağlı obyektiv informasiyanın yayılmasında göstərdiyimiz xidmətə, eləcə də Azərbaycanın beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafındakı rolumuza görə layiq görülmüşük.

Əslində bu mənim üçün çox ciddi sürprizdi. Bilinən bir həqiqət var. O da, vətənini və millətini həqiqətən sevən hər bir insan fəaliyyətini medal, təltif, təşəkkür üçün deyil, Vətən, Millət ve Ədalət üçün aparır.

Amma yenə də bu il “Dünya azərbaycanlılarının həmrəyliyi” günü münasibətilə dünyanın bir çox yerində yaşayan və çalışan soydaşlarımızın “Diaspor fəaliyyətində xidmətə görə” medalı və təşəkkürnamə ilə təltif edilməsi olduqca müsbət haldır.

Medal ilə təltif olunanlar arasında dəyər verdiyim çox gözəl insanlar var: Sevil Nuriyeva, Cavid Aydın, Aygun Hasanoglu, Saadat Kadyrova, Cavanşir Quliyev, Cahangir Novruzov, Seyfullah Türksoy, Mülazim Pahsa, John-Naimi Amiral, Azerbaycan Belcika Dostluk Cemiyeti vs.

Təşəkkürnamə ilə təltif edilən digər dostlarımız: Sinan Oğan, Qafar Çaxmaqlı, Ögeday Nigar, Cevahir Ahmedova, Elnur Elturk, Seyfullah Türksoy, Şərif Özyurek, Cemal Mehmethanoglu, Arzuman Azafli, Sefer Karakoyunlu vs.

Təltif olunan bütün soydaşlarımızı ürəkdən təbrik edirəm! Birliyimiz daim olsun!

Bunu da etiraf etmək gərəkdir ki, bizim etdiklərimiz şanlı ordumuzun nəfərlərinin, özəlliklə də şəhid və qazilərinin fədakarlıqları qarşısında bir heçdir. Vətən sizlərə hər zaman minnətdar olacaqdır, yurdumun cəsur insanları!!!”