Rumıniyanın paytaxtı Buxarestdə keçirilən şahmatın rapid və blits üzrə Superbet turnirində Şəhriyar Məmmədyarov ikinci pillədədir.
DiasporPress.az xəbər verir ki, rapid üzrə keçirilən doqquz turdan sonra Şəhriyar 10 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Məmmədyarovla eyni xala malik şahmatçılar Niderland təmsilçisi Aniş Qiri və ermənistanlı Levon Aronyandır. Birinci sıraya isə heç kimin gözləmədiyi halda, ukraynalı şahmatçı Anton Korobov rəhbərlik edir. Onun aktivində 12 xal var.
Qeyd edək ki, şahmatçımız doqquz tur ərzində Le Kuanq Lyem (Vyetnam), Vladislav Artemyev (Rusiya), Vişvanatan Anand (Hindistan), Anton Korobov (Ukrayna), Levon Aronyan (Ermənistan) və Sergey Karyakin (Rusiya) heç-heçə edib. Yalnız IV turda Uesli Soya (ABŞ) uduzan Şəhriyar Məmmədyarov Aniş Qiri (Nideland) və Fabiano Karuananı (ABŞ) məğlub edə bilib.
Bu gün turnirdə blits partiyalara start veriləcək. 18 turdan ibarət olan blits görüşlər bu gün və sabah baş tutacaq.
DiasporPress.az