Ölkə

Şəhid Cavid Adıgözəlovun xatirəsinə həsr olunmuş bulaq kompleksinin açılışı olub

backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Şamaxı şəhərində 44 günlük Vətən müharibəsində şəhid olmuş Cavid Adıgözəlovun xatirəsinə həsr olunmuş bulaq kompleksinin açılışı olub. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Çıxışlarda şəhidin şərəfli həyat yolu barədə danışılıb, Azərbaycan Silahlı Qüvvələrinin Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğalçı Ermənistan ordusu üzərində qazanılmış qələbənin tarixi əhəmiyyətindən bəhs olunub. Vurğulanıb ki, Cavid və onun kimi şəhid Vətən oğullarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.