Azərbaycanın ABŞ-dakı səfirlik tanınmış müğənni, aktrisa Firəngiz Rəhimbəylinin ABŞ-da vəfatı ilə bağlı başsağlığı verib.
Bu barədə səfirliyin tviter hesabında qeyd edilib.
Azərbaycanın tanınmış müğənnisi, aktrisa Firəngiz Rəhimbəyli Los-Anceles şəhərində vəfat etmişdir. Ağır itki ilə əlaqədar mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyirik. Ruhu şad olsun!”, – başsağlığıda qeyd olunur.
Qeyd edək ki, F.Rəhimbəyli avqustun 16-da vəfat edib. Aktrisa ABŞ-da 62 yaşında infarktdan dünyasını dəyişib.