Manşet

Səfir: Kahramanmaraşın iqtisadi potensialı Azərbaycan üçün olduqca cəlbedicidir

Səfir: Kahramanmaraşın iqtisadi potensialı Azərbaycan üçün olduqca cəlbedicidirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kahramanmaraş əhalisinin Azərbaycana sonsuz sevgisi var. Qarabağın düşməndən qurtuluşu mübarizəsində bir nəfər kimi Azərbaycanın yanında olduq. Bölgəmizin bütün imkanları ilə Azərbaycanla əlaqələrimizi daha da genişləndirmək niyyətindəyik. Can Azərbaycana aid hər nə varsa bizim üçün doğmadır.

Bu fikirləri Kahramanmaraş Vilayətinin 12 Şubat rayonunun bələdiyyə sədri Hanefi Mahçiçək Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovla görüşündə ifadə edilib.

Səmimi və mehriban şəraitdə keçən görüşdə iki qardaş ölkənin münasibətlərin inkişafından, eləcə də regionlarımız arasında birbaşa əlaqələrin qurulmasından məmnunluqla söz açılıb.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” kəlamını xatırladan Hanefi Mahçiçək ümumilikdə Kahramanmaraş vilayətinin iqtisadi potensialından danışıb. Bələdiyyə sədri diqqətə çatdırıb ki, Türkiyədə istehsal olunan elektrik enerjisinin 12 faizi Kahramanmaraşın payına düşür. “EXPO 2023” botanika sərgisi təkcə Kahramanmaraşın deyil, qonşu vilayətlərin də sosial-iqtisadi həyatına müsbət təsir göstərəcək.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətli Qələbə nəticəsində işğaldan azad olunan ərazilərdə aparılan strateji layihələrdən bəhs edən səfir Rəşad Məmmədov xatırladıb ki, Türkiyə şirkətləri həmin torpaqlardakı tikinti və quruculuq işlərində fəal şəkildə iştirak edirlər. Kahramanmaraşın iqtisadi potensialı Azərbaycan üçün olduqca cəlbedicidir.

Görüşdə Kahramanmaraşın sənaye və avadanlıq istehsalı sahəsində tədarük etdiyi məhsullar, vilayətin idxal imkanları və ixrac ehtiyacı, Azərbaycanla mövcud iqtisadi əlaqələri daha da möhkəmləndirmək üçün mövcud şərait və sair məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Kahramanmaraşın Azərbaycanla mümkün iqtisadi əlaqələri yüksək dəyərləndirilib.

Sonda səfir Rəşad Məmmədov ölkəmizin Qarabağdakı Qələbəsindən bəhs edən “Zəfər salnaməsi” kitabını bələdiyyə sədri Hanefi Mahçiçəkə təqdim edib.