Diaspor

Səfir Faiq Quliyev Tbilisi şəhərinin Meri Kaxa Kaladze ilə görüş keçirmişdir

Səfir Faiq Quliyev Tbilisi şəhərinin Meri Kaxa Kaladze ilə görüş keçirmişdirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ilin fevral ayının 2-də Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev ilə Tbilisi şəhərinin Meri Kaxa Kaladze arasında görüş keçirilmişdir.
Görüşdə tərəflər Azərbaycan Respublikası ilə Gürcüstan arasındakı strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin inkişafı tempindən məmnunluqlarını ifadə etmişlər.
Görüşdə, həmçinin Bakı Şəhər İcra Hakimiyyəti ilə Tbilisi Şəhər Meriyası arasında əlaqələr arasında əməkdaşlıq əlaqələrinin intensivləşdirilməsi məsələsi müzakirə edilmişdir.
Səfir ilə Mer Azərbaycan Respublikası ilə Gürcüstan arasında əlaqələrin daha da möhkəmlənməsi naminə bundan sonra lazımi işlərin görülməsi barədə razılığa gəlmişlər.