Ölkə

Səfir: “Bakıda yəhudi geyimində gəzmək Avropa şəhərlərinin əksəriyyətindən daha təhlükəsizdir”

Səfir: “Bakıda yəhudi geyimində gəzmək Avropa şəhərlərinin əksəriyyətindən daha təhlükəsizdir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan müxtəlif dinlərə və millətlərə hörmət və tolerantlığı ilə tanınır. Siz bu mənada tarixinizlə fəxr edə bilərsiniz. Bakı küçələrində yəhudi geyimində gəzmək Avropa şəhərlərinin əksəriyyətindən daha təhlükəsizdir”.

Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

“Azərbaycanın yəhudi icması demək olar ki, “vətənpərvər azərbaycanlı”dırlar və bu ölkəyə mənsubiyyətlərini daim səmimi şəkildə hiss edirlər, bunu etiraf da edirlər. Əsrlər boyu Azərbaycanda yaşayan yəhudilər heç vaxt hər hansı bir təqibə, təzyiqə, zorakılığa, düşmənçiliyə və əzablara məruz qalmayıblar. Əksinə, onlar ümumi işin xeyrinə bir çox sahələrdə çalışıblar, fərqləniblər”, – diplomat bildirib.

 

Diasporpress.az