“Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq müxtəlif sahələri, sektorları əhatə edir və çox dərindir. Hərbi əməkdaşlıq da bunlardan biridir. Bu çərçivədə münasibətlər yalnız birgə hərbi təlimlərlə məhdudlaşmır”.
Bunu eksklüziv müsahibəsində Türkiyənin Azərbaycandakı yeni fövqalədə və səlahiyyətli səfiri Cahit Bağçı deyib.
“Hərbi sahədə əlaqələr birgə təlimlərdən birgə müdafiə sistemlərinin istehsalına qədər bir çox sahəni əhatə etməkdədir. Bu əməkdaşlıq həm də strateji əhəmiyyətə malikdir. Əməkdaşlığımızın qarşıdakı dövrdə daha da inkişaf edəcəyini və dərinləşəcəyini söyləmək səhv olmazdı”, – diplomat bildirib.
Diasporpress.az