Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov və Xidmətin digər rəhbər heyəti tərəfindən müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Xidmətin inzibati binasında Ulu Öndərin büstü önünə əklil və gül dəstələri qoyulub, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə Diasporpress.az-a Dövlət Xidmətindən məlumat verilib.
Daha sonra SHXÇDX-nin rəhbərliyi Fəxri xiyabanı ziyarət edərək ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub, məzarı önünə tər çiçəklər düzülüb.