Şəfəq Hüseynli Avropa Şurasında yeni vəzifəyə seçildi

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Avropa Şurasının gender bərabərliyi üzrə məruzəçisi seçilib. 

Şəfəq Hüseynli Avropa Şurasında yeni vəzifəyə seçildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Avropa Şurasının gender bərabərliyi üzrə məruzəçisi seçilib.

DiasporPress.az xəbər verir ki, qərar Strasburq şəhərində keçirilən Avropa Şurasının Ümumdünya Antidopinq Agentliyi ilə iş üzrə xüsusi komitəsinin (CAHAMA) 48-ci iclasında qəbul edilib.

Ş.Hüseynli CAHAMA-nın işində gender bərabərliyi prinsiplərinin tətbiq edilməsi üzərində işləyəcək.

“Antidopinq təşkilatlarının başlıca məqsədi ədalətli idman və bütün idmançılar üçün bərabər hüquqlar, imkanlar naminə mübarizədən ibarətdir. Gender tarazlığını təmin etmədən bu məqsədə nail olmaq mümkün deyil. Kişilər və qadınlar arasında mövcud olan bərabərsizlik problemi idman dünyası üçün də aktualdır”, – deyə Ş.Hüseynli iclasda bildirib.

Xatırladaq ki, bu ilin mayında Ş.Hüseynli Avropa Şurasının “idmançıların ədalət mühakiməsinə maneəsiz çıxışının təmin edilməsi” üzrə xüsusi İşçi qrupunun sədr müavini seçilib. Qrupun əsas məqsədi antidopinq qaydalarının tətbiqi zamanı idmançıların hüquqlarının səmərəli müdafiəsi və onların ədalət mühakiməsinə maneəsiz çıxışının təmin edilməsidir.

Bu müddət ərzində Azərbaycan tərəfi dopinqə qarşı mübarizə zamanı insan hüquqlarının qorunması sahəsində bir sıra tədbir həyata keçirib və bir sıra təklif irəli sürüb.

Qeyd edək ki, Avropa Şurasının Antidopinq Konvensiyası 1989-cu ildə qəbul edilib. Azərbaycan bu sənədi 2002-ci ildə imzalayıb.

 

DiasporPress.az