SECO Vergilər Nazirliyi ilə əməkdaşlığı genişləndirəcək

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsveçrə Əməkdaşlıq Ofisinin (SECO) Cənubi Qafqaz üzrə Regional Direktoru Daniela Myulini və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

SECO Vergilər Nazirliyi ilə əməkdaşlığı genişləndirəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsveçrə Əməkdaşlıq Ofisinin (SECO) Cənubi Qafqaz üzrə Regional Direktoru Daniela Myulini və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata görə, görüşdə Azərbaycan və SECO arasında əməkdaşlığın cari vəziyyəti və perspektiv imkanları, ölkənin investisiya və iqtisadi rəqabət mühiti, həmçinin Vergilər Nazirliyi ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.