Ölkə

Səbuhi Abbasov: “Azərbaycanla Rusiya arasında imzalanan Bəyannamə qarşılıqlı münasibətləri yeni müstəviyə daşıyacaq”

Səbuhi Abbasov: “Azərbaycanla Rusiya arasında imzalanan Bəyannamə qarşılıqlı münasibətləri yeni müstəviyə daşıyacaq”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb. Tarixi hadisəyə münasibət bildirən internet-media ekspert Səbuhi Abbasov Bəyannamənin regiondakı yeni reallıqlara hesablandığını deyib: “İlk öncə onu vurğulamalıyam ki, Bəyannamə, bəzilərinin dediyi kimi, bir neçə günə hazırlanmayıb. Azı bir ildən çoxdur ki, bu proses başlayıb və hökümətlərarası işçi qurupu tərəfindən incələnib. Prezidentlər mətbuat konfransında bu məqamı xüsusilə vurğuladılar. Bəyannamənin detalları artıq cəmiyyətə təqdim olunub. Ancaq 1 və 2-ci bəndi oxumaq bəs edir ki, imzalanan sənədin tarixi əhəmiyyətini qəbul edəsən. Bəli, Azərbaycan qalib ölkədir və Prezident İlham Əliyev qalib ölkənin Ali Baş Komandanı kimi regiondakı yeni reallıqların bütün tərəflərə fayda verəcəyini konkret faktlarla diqqətə çatdırdı. Hesab edirəm ki, imzalanan Bəyannamə bundan sonra hər iki ölkə arasında mövcud olan müsbət dinamikanı yeni mərhələyə daşıyacaqdır. Bütün məqamları, detalları nəzərə alaraq əminlikdə demək olar ki, 22.02.22 tarixi İlham Əliyevin növbəti siyasi, diplomatik qələbəsi kimi tarixdə qalacaqdır”