Şəbnəm Tovuzlu: Həci məni heç vaxt aldada bilməz

Həci məni heç vaxt aldada bilməz.

Şəbnəm Tovuzlu: Həci məni heç vaxt aldada bilməzbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həci məni heç vaxt aldada bilməz.

DiasporPress.az xəbər verir ki, bu sözləri məşhur müğənni Şəbnəm Tovuzlu “Xəzər” TV-də yayımlanan “X maqazin” proqramında dilə gətirib.

O, verilişin aparıcı Zümrüd Bədəlovaya həyat yoldaşı ilə bağlı söz-söhbətə səbəb olacaq açıqlamalar verib.

“Telefonumda sənə bir dəfə video göstərərəm ki, təəccübdən donub qalarsan. Onun içində Şəbnəmi itirmək qorxusu var. Sənə o videonu göstərəcəyəm, öləcəksən gülməkdən”.

Zümrüdün “Boynuna alırsan ki, sənə həsəd aparan, paxıllığını çəkən çox qadınlar var?” sualına sənətçinin cavab reaksiyası belə olub:

“Qadınların hamısı sevilmək istəyir. Paxıllıq deməzdim, kişilərdən də çox şey asılıdır. Kişilər xanımlarını sevsə, onlar başqasına həsəd aparmaz. Mən bunu belə başa düşürəm”.

 

 

DiasporPress.az