Diaspor

Səbinə Lətifova: Şuşa səfəri həyatımda əsla həçnə ilə müqayisə olunmayacaq

Səbinə Lətifova: Şuşa səfəri həyatımda əsla həçnə ilə müqayisə olunmayacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diasporla İş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycanın xarici ölkələrdəki diaspor nümayəndələrinin “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında ikinci səfəri gerçəkləşib.

 Diaspora komitəsinin rəhbərliyinə və bütün heyətə dərin minnətdarlığımı bildirirəm, bu səfər hər bir azərbaycanlının xəyalıdır, və mənim üçün bu xəyal artıq gərçək oldu.

Bu sözləri Diasporla İş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşaya səfır etmiş Rusiyada yaşayan gənc diaspor fəalı  Səbinə Lətifova Diasporpress.az-a açıqlamasında deyib.

“Qarabağ hər bir azərbaycanlı üçün müqəddəs bir yerdi, oraya yenidən ayaq basmağı bir xalq olaraq son 30 il ərzində xəyal edirdik və nəhayət ki artıq bu yaşadıqlarımız çox gözəl bir gərçəkdi. Mənim üçün Şuşa səfəri həyatımda əsla həçnə ilə müqayisə olunmayacaq bir səfər oldu, Şuşa artıq mənim gördüyüm ən gözəl, ən müqəddəs yer kimi qalacaq xatirələrimdə. Qarabağın uca dağları, yaşıllıqlarla dolu təbiəti məni fəth etdi, hər qarışı o gədər doğma gəlirdi ki, sanki heç həsrətini çəkməmişik, sanki hər zaman burda imiş kimi görünürdü.

Şuşa Azərbaycanın ən qədim şəhərlərindən biridir. Bunu Şuşanı gördükdən sonra daha da əminliklə deyə bilərəm. Şəhərin qalası, hər binası, tarixi abidəsi, məsçidi, ağacı, çiçəyi – hamısı Azərbaycan deyir, Vətən deyir! O gədər doğma bir yerdi ki, ordan heç getmək istəmirdik.

Diaspora üzvlərini Qarabağa səfərə dəvət etmək çox gözəl fikir idi. Çünki məhz bizim, xaricdə yaşayan azərbaycanlıların burdaki icmalara və beynəlxalq platformalara daha çox çıxışımız və təsirimiz var. Artıq heçkim deyə bilməz ki biz orda olmamışıq, oranı görməmişik, çünki artıq biz Qarabağı 30 illik işğaldan sonra görən ilk insanladanıq, bizim deməyə daha da çox sözümüz var artıq. Orada çəkdiyimiz müxtəlif foto və video materiallar əsasında biz Qarabağ həqiqətlərini daha da ətraflı şəkildə dünya içtimayyətinə çatdırma şansını əldə etdik!

Mən öz adımdan Diaspora komitəsinin rəhbərliyinə və bütün heyətə dərin minnətdarlığımı bildirirəm, bu səfər hər bir azərbaycanlının xəyalıdır, və mənim üçün bu xəyal artıq gərçək oldu.

Qarabağ haqqında həqiqətləri dünyaya çatdırmaq bizim üçün son 30 il ərzində ən əsas mövzu olub, və bu missiya yenə də davam eləyəcək, ancaq, indi isə bizim əsas məqsədlərimizdən biri Qarabağın hal-hazırdaki vəziyyətini dünyaya göstərməkdir, işğaldan sonra o gözəl şəhərlərdən əsər alamət qoymayan erməni işğalçılarının nə gədər antihumanist olduqlarını göstərməkdir. Və təbii ki də, işğal vaxtı və işğaldan sonra Qarabağın vəziyyətini, inkişafını dünyaya çatdırmaq da əsas məqsədlərdən biri olacaq.”