Ölkə

Səbinə Əliyeva: “Ermənistan ombudsmanı bir dəfə də olsun, azərbaycanlı əsirlərə baş çəkməyib”

Səbinə Əliyeva: “Ermənistan ombudsmanı bir dəfə də olsun, azərbaycanlı əsirlərə baş çəkməyib”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məhkəmə açıq şəkildə keçirildi. Təqsirləndirilən şəxslər həm vəkillə, həm də tərcüməçi ilə təmin olunublar. Yəni onların hüquqları təmin olunub”.

Bunu erməni yaraqlılarının məhkəməsində jurnalistlərə açıqlamasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

O bildirib ki, Ermənistan ombudsmanı bir dəfə də olsun Ermənistanda saxlanılan əsirlərimizə baş çəkməyib, onların vəziyyəti , göstərilən tibbi yardım və qidalanma ilə maraqlanmayıb: “Altı ilə yaxın bizim iki soydaşımız orada girovluqda saxlanıldı. Bu müddətdə bir dəfə də olsun onların vəziyyəti ilə maraqlanmadı. Əksinə, Ermənistanın ombudsmanı institutun fəlsəfəsinə tamamilə ziddir olaraq yalnız siyasi çıxışlarla məşğul oldu”.

Diasporpress.az