Avqustun 4-də Səbail Rayon İcra Hakimiyyətində şəhid ailələri, qazilər və rayon ictimaiyyət nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə Səbail RİH başçısı Vuqar Zeynalov, millət vəkili Nigar Arpadarai, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, Səbail Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlı, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Səbail rayonu üzrə şöbəsinin sədri İpək İsmayılova, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, şəhid ailələri, müharibə əlilləri və veteranları və rayon ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbir Vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Tədbir zamanı çıxış edən Səbail RİH başçısı Vuqar Zeynalov Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərildiyi bildirərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıq və göstərişləri ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizin ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsi olduğunu qeyd etmişdir.
Görüş zamanı Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan bəhs edən millət vəkili Nigar Arpadarai və digər rayon ictimaiyyətinin nümayəndələri çıxış edərək Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən danışmış, ərazi bütövlüyümüz uğrunda canlarından keçən igid oğulların əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulamışlar. Görüşdə iştirak edən 1-ci Qarabağ müharibəsinin qazisi, eyni zamanda “Vətəninfo.az” İnformasiya Agentliyinin rəhbəri Nahid Canbaxışlı çıxış edərək bildirib ki,bu gün istər 1-ci Qarabağ müharibəsinin şəhid ailələri və qaziləri,eyni zamanda 44 günlük 2-ci Qarabağ Vətən müharibəmizin şəhid ailələri və qaziləri dövlətin diqqət mərkəzindədirlər.
Hər bir şəhid və qazi ailəsi dövlətin sosial siyasəti və humanitar saghədə həyata keçirdiyi müxtəlif yönümlü imkanlardan istifadə edə bilirlər: “Azərbaycan Respublikasının prezidenti,Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev bütün görüşlərində bildirir ki, ümumiyyətlə hansısa məmur Azərbaycanın ərazi bütövlüyü uğrundan canlarından keçən Vətən övladları arasında fərq qoymamalıdır.istər 1-ci Qarabağ müharibəsi olsun,istərsə də 44 günlük 2-ci Qarabağ Vətən müharibəsi olsun.Hər iki müharibədə iştirak etmiş və canını sevə-sevə vətən yolunda qurban edən övladlarımızın hər biri bizim üçün əzizdi”. Nahid Canbaxşılı qeyd edib ki, Səbail rayon icra hakimiyyəti tərəfindən həyata keçirilən bu yöndəki siyasət təqdirə layiqdi və rayon rəhbərliyi tərəfindən heç bir zaman belə bir fərq qoyulmayıb.
Görüşdə iştirak edən şəhid Murad Qurbanovun anası Mehriban Qurbanova, şəhid İsrail Məmmədovun həyat yoldaşı İpək İsmayılova, həmçinin digər şəhid ailələrinin üzvləri və müharibə əlilləri çıxış edərək şəhid ailələrinin üzvləri, qazilərimiz onların rifahı, sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün aparılan işlərdən, göstərilən dəstəkdən razılıqlarını, diqqət və qayğı ilə əhatə olunduqlarına görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etmişlər.
Daha sonra Səbail RİHBA-nın şöbə müdiri Qabil Vahidov “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyi tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilmişdir.