Diaspor

Sankt-Peterburqdakı Baş konsulluq erməni təxribatının qarşısını alıb

Sankt-Peterburqdakı Baş konsulluq erməni təxribatının qarşısını alıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cari ilin 18 iyun tarixində Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğu erməni icmasının ölkəmizə və həmvətənlərimizə qarşı həyata keçirtmək istədiyi təxribatın qarşısını alıb və dövlət başçısının göstərişinə uyğun olaraq müdafiədən hücum taktikasına keçib.

Bu barədə konsulluğun yayımladığı məlumatda bildirilir.

Baş konsulluğun əldə etdiyi məlumata əsasən, cari ilin 18 iyun tarixində erməni diasporu Sankt-Peterburqda növbəti təxribata əl ataraq “Dom kino”da “Artsaxın uşaqları Neva sahillərində” adlı konsert keçirtmək niyyətində olublar. Tədbir “Sankt- Peterburq sarayları” beynəlxalq musiqi festivalı çərçivəsində “Naşe delo” dirnaqarası xeyriyyə cəmiyyətinin təşkilati dəstəyi ilə keçirilməli idi. Festivalın bədii rəhbəri erməni əsilli Rusiyanın əməkdar artisti, skripkaçı Mariya Safaryantsdır.

Erməni təxribatının qarşısını almaq məqsədi ilə Baş konsul Sultan Qasımov Sankt-Peterburq hökumətinin Xarici əlaqələr və Millətlərarası münasibətlər və miqrasiya siyasəti Komitələrinin rəhbərliyi ilə təcili əlaqə yaradaraq danışıqlar aparıb. Danışıqlar əsnasında Sultan Qasımov Rusiyanın mədəni paytaxtı sayılan Sankt-Peterburq şəhərində “Artsaxın uşaqları Neva sahillərində” adı altında tədbirin təşkilinin birbaşa Azərbaycan-Rusiya dostluq münasibətlərinə xələl gətirmək məqsədini daşıyan erməni təxribatı olduğunu bildirib.

Diplomat qeyd edib ki, Azərbaycan Respublikası Ermənistan tərəfindən işğal altında saxlanılan tarixi torpaqlarını azad edib. Ermənistan tərəfi Rusiyanın iştirakı ilə ölkəmizlə 10 noyabr 2020-ci il tarixində birgə bəyanat imzalayıb. Lakin buna baxmayaraq, dövlətimizə və xalqımıza qarşı bu və digər növ təxribatları törətməkdə davam edir. “Artsax” sözlü hər hansı bir tədbirin, üstəlik musiqi festivalının təşkili Azərbaycan Respublikası Hökuməti və RF Sankt-Peterburq Hökuməti arasında əməkdaşlığa dair imzalanmış Sazişin tələblərinə və ümumiyyətlə beynəlxalq hüquq normalarına ziddir.

Aparılan gərgin danışıqlar nəticəsində Sankt-Peterburq hökuməti təşkilatçılardan konsert proqramının adının dəyişdirilməsini tələb edib və bu başlıq bütün afişalardan tamami ilə yığışdırılıb. Baş konsulluğa verilən məlumata əsasən, festivalda iştirak edən erməni ansamblının “Artsaxın uşaqları Neva sahillərində” başlığı altında çıxışlarına imkan verilməyib. Çıxış isə “Ermənistan uşaqları Neva sahillərində” adı baş tutub.

Əldə etdiyimiz məlumata əsasən, konsertdə az sayda erməni icmasından ibarət tamaşaçı olub. Həmçinin Baş konsulluğun gördüyü qabaqlayıcı tədbirlər nəticəsində Sankt-Peterburq hökumətinin rəsmiləri heç bir səviyyədə konsertdə iştirak etməyib. Hökumət rəsmilərinin konsertdə iştirak etməməyi tədbirin mahiyyətini və statusunu aşağı salıb.

 

 

DİASPORPRESS.AZ