Ölkə

Sankt-Peterburqda Ulu Öndərin 100 illiyinə həsr olunmuş “Ürəyimdəki səs” adlı tədbir keçirilib – FOTO

Sankt-Peterburqda Ulu Öndərin 100 illiyinə həsr olunmuş “Ürəyimdəki səs” adlı tədbir keçirilib – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Sankt-Peterburq şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ürəyimdəki səs” adlı tədbir keçirilib.

Diasporpress.az xəbər verir ki, “Xarı bül-bül” mahnı və rəqs ansamblının rəhbəri Fatma Nazirli tərəfindən təşkil olunan tədbir Rusiya və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Ardınca Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz yad edilib.

Tədbirdə ansamblın rəhbəri Fatma xanım Nazirli Heydər Əliyevin Sankt-Peterburq şəhərində təhsil aldıgı illər haqqında məlumat verib.1949-1950-ci illərdə Heydər Əliyevin təhsil aldığı SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin ali məktəbi o dövrdə Qoroxovaya küçəsi, 6 ünvanında yerləşib və hal hazırda ümummilli liderin barelyefi həmən bina qarşısındadır! Sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

Tədbirə öz mahnı və rəqsləri ilə Sankt-Peterbirqda fəaliyyət göstərən “Xarı bül-bül” mahnı və rəqs ansamblının solostləri bir ayrı gözəllik qatıb. “Qarabag maralı”, “Fəridəm,,”Arşın mal -alan” ,”Mənim Azərbaycanım” adlı rəqs nömrələri ilə çıxış ediblər.