Samara vilayətində fəaliyyət göstərən Azərbaycanlılar Liqasının təşkilatçılığı ilə Samara şəhərindəki Xalqlar Dostluğu Evində 27 sentyabr – Anım Gününə həsr olunmuş mərasim keçirilib.
Diasporpress.az xəbər verir ki, tədbir Qarabağ savaşında həlak olan şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Sonra 44 günlük Vətən müharibəsində baş verən real hadisələri əks etdirən video və fotomateriallar nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər erməni terrorunu kəskin qınayıblar və harada yaşamalarından asılı olmayaraq, soydaşlarımızın Vətən müharibəsi qəhrəmanlarını əbədi xatırlayacaqlarını vurğulayıblar.