Gürcüstanın Batumi şəhərində keçirilən şatmat komandaları üzrə Avropa çempionatında bu gün VII tura start veriləcək.
DiasporPress.az xəbər verir ki, yeddi xalla turnir cədvəlinin X sırasında olan kişi millimiz bu gün çempionatın gücünə görə XXVIII komandası sayılan İsveçrə ilə qarşılaşacaq.
Keçirdiyi altı partiyada ancaq heç-heçə etməklə yadda qalan Şəhriyar Məmmədyarov bu gün ağ fiqurlarla Zebastian Boqnerlə qarşılaşacaq.
Dünən lider Rusiyanı büdrədən və bununla da III sırada yerini möhkəmlədən qadın millimiz isə bu gün daha bir həlledici görüşə çıxacaq. Doqquz xala malik olan komandamız həm gücünə, həm də hazırkı turnir cədvəlinə görə II sırada olan meydan sahibi Gürcüstanla qarşılaşacaq. Bu görüşdə qazanılan qələbə gürcülərlə xallarımızı bərabərləşdirəcək.
DiasporPress.az