Diaspor

Şahin Şıxlinski: “Fəaliyyətimi daha da genişləndirəcəm”

Şahin Şıxlinski: “Fəaliyyətimi daha da genişləndirəcəm”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənab Prezidentə məni “Dostluq” ordeni ilə təltif etdiyinə görə minnətdarlığımı çatdırıram”

Rusiya Federasiyasının Sverdlovsk vilayətində Azərbaycan Ural İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski təltif olunduğuna görə ölkə başçısına təşəkkür edib:

“Müzəffər Ali Baş Komandana və xalqımıza Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsinə görə də sonsuz təşəkkür edirəm. Prezidentin çıxışını məmnuniyyətlə dinlədik və tövsiyələrini eşitdik. Bundan sonra həmin tövsiyələri rəhbər tutaraq, öz fəaliyyətimizi daha da genişləndirəcəyik. Bir məqamı da vurğulamalıyam ki, diaspor fəaiyyətimizin səmərəli olmasında Diasporla İş üzrə Dövlət Komitəsi bizə yaxından kömək edir”.