Ölkə

Şahin Diniyevin kirayənişini ev əşyalarını qarət edərək elan saytında satıb

Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyevin mənzili qarət edilib.

Şahin Diniyevin kirayənişini ev əşyalarını qarət edərək elan saytında satıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyevin mənzili qarət edilib.

“Report”un əldə etdiyi məlumata görə, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində baş verib.

Belə ki, Ş.Diniyevin mənzilində olan ev əşyaları oğurlanıb. O, bundan sonra hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Araşdırma zamanı məlum olub ki, Ş.Diniyev mənzilini kirayə verib. Həmin mənzildə kirayə qalan qadın və onun tanışı ev əşyalarını elan saytına yerləşdirərək satıb. Daha sonra həmin qadın və tanışı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

DiasporPress.az