Ölkə

SAHİBKARLARIN BÖYÜK DOSTU

Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanova İlham Əliyevin sahibkarlara davamlı diqqət və qayğısından yazıb.

SAHİBKARLARIN BÖYÜK DOSTUbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanın iqtisadi və siyasi həyatının sürətli inkişaf yolunda olmasının əsas səbəblərindən biri ölkədəki sabitlikdi. Bəlli olduğu kimi, Ümummilli liderimiz Heydər Əliyevin layiqli varisi, ölkə prezidenti cənab İlham Əliyev özünün uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanı regionun lider dövlətinə çevirmiş, həmçinin dünyanın inkişaf etmiş 80 dövləti sırasında önəmli bir yerə yüksəldə bilmişdi. Təbii ki, bütün bunlar da dövlətin etibarlı əllərdə olması və zaman-zaman qanunçuluğun inkişafı, ona dəqiq əməl edilməsi prinsiplərinin yüksəldilməsidi.

Ölkəmizin iqtisadi həyatında əsas yerlərdən birini də sahibkarlıq tutur. Hər kəsə məlumdur ki, orta və böyük sahibkarlığın inkişafı öz ardınca yeni mərhələni də irəliyə çəkib gətirib. Yəni adamlar öz bacarıqlarını göstərmək üçün yaranmış şəraitdən inamla, ürəklə istifadə etməyə başlayıblar. Bu da daha çox özəl və qeyri-neft sektorunun inkişafına təkan verir. İstehsal sahələri çoxalır, hər kəsin maddi durumu yaxşılaşır, bazar zənbili və ailə büdcəsi onun təminatının daha da yaxşılaşmasına təkan verir. Məhz bunlar da öz növbəsində adamların ölkə prezidentinə inamını artırmaqla onun hər birimizin prezidenti olduğuna güvənc hissini də möhkəmləndirir.

Biz Azərbaycanın sosial-iqtisadi durumu ilə bağlı mənzərəni seyr edərkən görürük ki, prezidentimiz cənab İlham Əliyevin davamlı diqqət və qayğısı nəticəsində bir pəncərə sisteminin tətbiqi sahibkarlar üçün yeni imkanlar yaradıb. Ona görə də indi hər kəs qanunsuz yoxlamalardan, işə kənar müdaxilələrdən narahat olmur. Çünki hər bir sahibkar özünün böyük dostunu, yəni ölkə prezidentini yanında görür. Təbii ki, bu da öz işinə inamını artırır. Son illərin aparılan islahatları da birmənalı şəkildə cənab İlham Əliyevin sahibkarlığın inkişafına necə diqqət göstərdiyinin əyani sübutudur. Məhz ölkə rəhbərinin bu diqqəti bir iş adamı olaraq məndə də böyük ümidlər yaradır. Özümü prezidentin qayğısı altında hiss etmişəm. Məhz bu böyük qayğının ifadəsi olaraq cənab prezidentimizi qarşıdan gələn doğum günü münasibətilə təbrik edir, ona can sağlığı və Azərbaycanımız naminə gördüyü işlərdə böyük uğurlar arzu edirəm. Birmənalı şəkildə vurğulamaq istəyirəm ki, biz prezidentimizin yanındayıq, ona inanırıq, onunla fəxr edirik.

– Doğum gününüz mübarək, cənab Prezidentimiz!

Məlahət Qurbanova,

“Məlahət” MMC-nin direktoru,

Azərbaycan Kərkük Mədəniyyət

və Əməkdaşlıq Mərkəzinin sədri