“Pandemiya ilə bağlı ölkə ərazisində vəziyyət gərginləşib”.
Diasporpess.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Milli Məclisin bir neçə deputatı da virusa yoluxub:
“Sizdən xahiş edirəm ki, özünüzü qoruyun. Bizi qarşıda dövlət büdcəsi zərfinin müzakirəsi gözləyir. Onun üçün özünüzü qoruyun və qaydalara əməl edin”.
Diasporpress.az