“Sağlam Qidalanma və Qida Təhlükəsizliyi forumu” həyata keçiriləcək

“Sağlam Qidalanma və Qida Təhlükəsizliyi forumu” həyata keçiriləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı,  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan – Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyi və ”AZ FP CO LTD” MMC-nin tərəfdaşlığı ilə 11 may 2022-ci il tarixdə Dubay İnternational Hotel Bakuda “Sağlam Qidalanma və Qida Təhlükəsizliyi forumu” həyata keçirəcəkdir.

Forumun keçirilməsində əsas məqsəd sağlam qida istehlakçılarını məlumatlandırmaq, qida təhlükəsizliyi sahəsində görülən işlər barəsində ictimaiyyəti məlumatlandırmaq və maarifçilik işi həyata keçirməkdən ibarətdir. Forum çərçivəsində “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev və “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri, layihə rəhbəri Məhsəti Hüseynovanın təqdimatında “Qida Qatqı Maddələri” adlı kitab, “saglamqida.az” saytı və “E kod” mobil tətbiqi təqdim olundu. Həmçinin forumda milli məclisin deputatları Şahin İsmayılov, Vüqar İskəndərov, Naqif Həmzəyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Natiq Lahıcov, Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov, Azərbaycanda yaşayan Ahısxa Türklərinin ağsaqqalı İsmayıl Rəhimov, Autizm Assosiasiyasının sədri Elnur Məmmədli, Milla markasının rəsmi nümayəndəsi İsa Əliyev, Qida Təhlükəsizliyi İnistitutunun əməkdaşı  Cəmilə Hacızadə, Dünya Alpaqut Federasiyasının vitse-prezidenti Emil Rəhimov, Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxtiraçıları Assosiasiyasının prezidenti Emin Əliyev, Refresh Group MMC, Qiymətləndirmə və Konsaltinq Departamentinin rəhbəri Seymur Qafarov, Ağsu Aqropark Üretim Müdürü Atila Özdoğan, Azərsun Holdinq Araşdırma və Təkmilləşdirmə Departamenti Baş mütəxəssisi Tural Babayev, Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud, Azad Həmfikirlər İctimai Birliyin sədri Samirə Mustafayeva, Həkim-Dietoloq Şumarə Qaracayeva, ailə-uşaq eksperti Dilşad Musa, “Yeni Çağ Media Qrupu”nun rəhbəri Aqil Ələsgər, UNEC-in professoru Elsevər Fərzəliyev, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdiyev, Tərəvəzçilik İnistitutunun rəhbəri Elmar Allahverdiyev, Qida Təhlükəsizliyi İnistitutunun şöbə müdiri Tomris Həsənov və bir çox tələbə-gənclər və media nümayəndələri iştirak etdi. Həmçinin peşəkar mütəxəssislərin iştirakı ilə “Qida Təhlükəsizliyi” və “Sağlam Qidalanma” mövzusunda panel müzakirələr baş tutdu Forumda 120-dən çox iştirakçıya kitab, sertifikat və loqolu dəftərxana ləvazimatları təqdim olundu.

image-764cb72d-54bc-4fd1-887f-92c7ac540c18 image-ab7df444-b4fe-496c-bd3b-e9e527c909b8 image-be7d73c8-4f64-4c56-b8e9-420f41ec94d0 image-1e4c3731-a285-46ff-8bfc-7dcd7150d302 image-900e914b-935f-4e2a-bf8c-ba4c48cc080cimage-47080940-591b-4d99-809d-7676fe1cca66 image-672ae94e-9dba-4a93-9df9-5a5bbcc1a20d