Ölkə

Sağlam həyat tərzi şəxsi gigiyenadan başlayır

Sağlam həyat tərzi şəxsi gigiyenadan başlayırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi  ilə 149 nömrəli Ağdam rayon köçkün tam orta məktəbi “Sağlam həyat tərzi şəxsi gigiyenadan başlayır” adlı layihəni icra edir. Layihə rəhbəri Arzu Hüseyn bildirib ki, COVİD-19 pandemiyasının dünyanı əhatə etdiyi bir vaxtda belə bir layihənin icra edilməsi olduqca əhəmiyyətlidir. O, bildirib ki,layihənin məqsədi sağlam həyat tərzinin şəxsi gigiyenadan başlamasını şagirdlərə təbliğ etmək, COVİD infeksiyası ilə mübarizəyə dair maarifləndirmə işləri aparmaq, o cümlədən  müxtəlif tipli infeksiyalara, xəstəliklərə, virusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsinə dəstək vermək üçün onlayn tədbirlərin keçirilməsidir. Arzu Hüseyn qeyd edib ki, layihənin vəzifəsi şagirdlər, müəllimlər, valideynlər arasında şəxsi gigiyena qaydalarına ciddi əməl etmək,  zərərli vərdişlərdən uzaq olmaq, həyata qarşı özündə müsbət münasibət yaratmaq, özünə inam hissini inkişaf etdirmək,  qidalanma rejiminə və sanitariya qaydalarına riayət etmək, ətraf mühitin təmizliyinin qorunmasında iştirak etmək kimi mühüm .vərdişlərin formalaşdırılmasına birbaşa nail olmaqdır. Bu layihə çərçivəsində şagirdlər həm özlərinin, həm də ətraf mühitin sağlamlığının qayğısına qalacaq,  eyni zamanda özlərinin, ailə üzvlərinin, dostlarının, bir sözlə yaxın çevrələrinin də fiziki və mənəvi sağlamlığı barədə düşünəcəklər.

Diasporpress.az