“Sabah”a xorvat baş məşqçi təyin olundu – FOTO

“Sabah” Futbol Klubunun yeni baş məşqçisi bəlli olub. 

“Sabah”a xorvat baş məşqçi təyin olundu – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sabah” Futbol Klubunun yeni baş məşqçisi bəlli olub.

DiasporPress.az  xəbər verir ki, komandanı bundan sonra xorvat mütəxəssis Jelko Sopiç çalışdıracaq.

45 yaşlı məşqçi ilə 1,5 illik müqavilə bağlanıb. Xorvatiyalı mütəxəssis futbolçu karyerası ərzində Xorvatiyanın “Zaqreb”, “Slaven Belupo”, “Lokomotiva”, Almaniyanın “Borusiya” (Mönxenqladbax), “Rot Vays Alen” klublarında çıxış edib.

Sopiç məşqçi karyerasına Zaqrebin “Lokomotiva” klubunda (2011/12) başlayıb. Bu klubda köməkçi məşqçi kimi çalışmış xorvat mütəxəssis daha sonra Xorvatiyanın “Rudeş” (2012/15) klubunda və Zaqreb “Dinamo”sunun B komandasında (2015/16) baş məşqçi, “Dinamo”nun əsas komandasında (2016/17), BƏƏ-nin “Əl-Ayn” klubunda (2017/18) köməkçi məşqçi, “Əl-Ayn”ın U-21 komandasında (2018/19) baş məşqçi vəzifəsində çalışıb.

2016/2017 mövsümündə bir ay Zaqreb “Dinamo”sunda, 2018/19 mövsümündə isə üç oyunda “Əl-Ayn”da baş məşqçi funksiyasını yerinə yetirib.

“Əl-Ayn”la BƏƏ çempionluğunu və “Prezident Kuboku”nu qazanıb (2017/18). Bu klubun U-21 komandası ilə də ölkə çempionu olub (2018/19).

31 yaşlı xorvatiyalı mütəxəssis Marko Lozo isə Sopiçin köməkçisi təyin olunub.

Xatırladaq ki, müvəqqəti olaraq baş məşqçi funksiyasını yerinə yetirən İqor Ponomaryov klubda Müşahidə Şurasının üzvü kimi fəaliyyətini davam etdirəcək.