Saatlıda təcili tibbi yardım maşını qəzaya uğrayıb.
DiasporPress.az xəbər verir ki, hadisə Saatlı-İmişli-Beyləqan-Bəhramtəpə magistral yolunun Əlisoltanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Saatlı Rayon Mərkəzi xəstəxanasının təcili yardım maşınının sürücüsü Vaqif Heydərov çağırışa gedən zaman Naxçıvan sakini, 1994-cü il təvəllüdlü Əhmədov Nihad Xudaverdi oğlunun idarə etdiyi “Mercedes” markalı minik maşını ilə toqquşub.
Nəticədə xəsarət alan “Mercedes”in sürücü Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı N.Əhmədovun yuxulu olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
DiasporPress.az