Dörd dövlət Rusiyaya qarşı sanksiyanı uzatmaq siyasəti ilə bağlı Avropa İttifaqının sentyabr sazişinə qoşulub.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
Monteneqro, Albaniya, Norveç və Ukrayna bu sanksiya ilə bağlı milli siyasət yeridəcəklər.
Qeyd edək ki, beş il öncə Belçikanın mərkəzi Brüsseldə Ukraynanın suverenliyi və ərazi bütövlüyü naminə bəzi Rusiya və Ukrayna vətəndaşlarına qarşı sanksiya tətbiq olunub və hər altı aydan bir müddəti artırılır.
Bu qərarla 170 şəxs və 44 təşkilat sanksiyaya məruz qalıb.
DiasporPress.az