“Ural Airlines” aviaşirkəti Rusiyanın yeddi şəhərindən Bakıya birbaşa aviareyslər üzrə uçşulara başlayır.
Bu barədə aviadaşıyıcının məlumatında deyilir.
“Mayın 29-dan etibarən Bakıya Krasnoyarskdan, mayın 31-dən Omsk, Novosibirsk vəNijni Novqoroddan, iyunun 3-dən Perm və Mineralnıye Vodıdan, iyunun 4-dən isə Samaradan birbaşa aviareyslər üzrə həftəlik uçuşlara başlanacaq”, – məlumatda deyilir.
Hazırda aviaşirkət Yekaterinburq-Bakı aviareysi üzrə uçuşlar yerinə yetirir.
Diasporpress.az