Rusiyanın RBK telekanalının əməkdaşları işğaldan azad edilmiş ərazilərimizdən reportaj hazırlayıblar. Onların ilk yollandığı şəhər Ağdam olub.
Rusiyalı jurnalistlər bildiriblər ki, burada yollarda hərəkət etmək olar. Amma yol kənarına çıxmamaq tövsiyə edilir. Çünki ətrafda minlərlə mina var.
Ağdamda reportyorların diqqətini şəhərin tamamilə dağıdılması çəkib. Qeyd olunub ki, şəhərdə yeganə salamat tikili 19-cu əsrdə tikilmiş Cümə məscididir.
Jurnalist Ağdamın keçmişini, necə gözəl şəhər olduğunu xüsusilə qeyd edib.
RBK Tərtərin Suqovuşan qəsəbəsində də olub. Orada hazırda davam edən tikinti işlərindən söz açılıb.
Orada olan kilsənin belə təmir edilməməsi xüsusi diqqət çəkib.
Sözügedən reportajı təqdim edirik:
Diasporpress.az