Diaspor

Rusiyadakı soydaşlarımız azərbaycanlıların koordinasiya şuralarının yaradılmasını təklif ediblər (FOTO)

Rusiyadakı soydaşlarımız azərbaycanlıların koordinasiya şuralarının yaradılmasını təklif ediblər (FOTO)backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Rusiyanın paytaxtı və bir sıra regionlarında fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbərləri və nümayəndələrinin iştirakı ilə videokonfrans keçirilib.

Bu barədə  Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Rusiyada azərbaycanlıların koordinasiya şuralarının yaradılması təklifi də həmin videokonfransda səslənib.

Virtual tədbirdə Rusiya Vəkillər Gildiyasının üzvü, Moskva şəhərində yaşayan vəkil Ələkbər Qarayev, Perm azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Çingiz İsayev, “Birlik” Surqut azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Azad Seyidov, “Kurqan vilayətində Azərbaycan diasporunun rəhbəri Niftulla Niftullayev, Zabaykalsk diyarının İctimai Palatasının sədr müavini Ələddin Məmmədov, Çelyabinsk vilayətinin “Ozan” və “Azərbaycan” ictimai təşkilatlarının sədrləri Rəfael Quliyev və Ərşad Xankişiyev, Xantı-Mansisk Muxtar Dairəsinin Nijnevartovsk şəhərinin “Birlik” Azərbaycan regional ictimai təşkilatının sədri Arzu İsmayılov, Dövlət Komitəsinin məsul əməkdaşları iştirak ediblər.

Videokonfransda Rusiyanın regionlarında yeni konsulluqların açılmasının zəruri olduğu vurğulanıb, federal dairələr üzrə azərbaycanlıların koordinasiya şuralarının yaradılmasının əhəmiyyəti və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı pandemiya dövründə həmvətənlərimizin qarşılaşdıqları problemlərə diqqət cəlb olunub. Diaspor rəhbərləri soydaşlarımızı ölkələrarası sərhədlər açılana qədər daimi və ya müvəqqəti məskunlaşdıqları yaşayış yerlərini tərk etməməyə, Rusiya-Azərbaycan sərhədlərində toplaşmamağa çağırıblar.

Rusiyadakı soydaşlarımız  azərbaycanlıların koordinasiya şuralarının yaradılmasını təklif ediblər (FOTO) - Gallery Image

Rusiyadakı soydaşlarımız  azərbaycanlıların koordinasiya şuralarının yaradılmasını təklif ediblər (FOTO) - Gallery Image