Dünya

Rusiyada su anbarının bəndinin uçması nəticəsində ölənlərin sayı artıb – YENİLƏNİB

Rusiyanın Krasnoyarsk diyarının Kurqan rayonunda Seyba çayı üzərində quraşdırılan bənd uçub.

Rusiyada su anbarının bəndinin uçması nəticəsində ölənlərin sayı artıb – YENİLƏNİBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Krasnoyarsk diyarında su anbarının bəndinin uçması nəticəsində ölənlərin sayı artıb.

DiasporPress.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı 15-ə çatıb.

10:21

Rusiyanın Krasnoyarsk diyarının Kurqan rayonunda Seyba çayı üzərində quraşdırılan bəndin uçması nəticəsində 11 nəfərə ölüb.

RİA Novosti” xəbər verir ki, daha 15 nəfər itkin düşüb.

Yerli vaxtla saat 06:00-da (Bakı vaxtı ilə 03:00) Şetinkino qəsəbəsində qızıl mədən artelinin texnoloji anbarının bəndi uçub. Nəticədə işçi qəsəbəsində olan iki müvəqqəti yataqxana su altında qalıb.