Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində İnşaat kollecində silahlı atışma olub.
DiasporPress.az-ın məlumatına görə, insident nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.
Kollecin tələbəsi odlu silahla auditoriyaya daxil olaraq öz tələbə yoldaşlarına atəş açıb. Daha sonra isə o, özünü öldürüb.
“Mash” telegram kanalının yaydığı xəbərə görə, oldu silahdan atəş açan şəxs 19 yaşlı tələbə Danil Zasorin olub. Onun dərcə gecikdiyindən auditoriyadan qovulduğuna görə bu hadisəni törətdiyi bildirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.