Rusiyanın Stavropol diyarında azərbaycanlıları daşıyan sərnişin mikroavtobusu qəzaya uğrayıb.
DiasporPress.az “MÇS Media”ya istinadən xəbər verir ki, mikroavtobus yoldan çıxaraq xəndəyə düşüb və maneəyə çırpılıb.
Mikroavtobusun Rostovdan Bakıya gəldiyi qeyd olunur. Avtobusda 9 Azərbaycan vətəndaşı olub. Qəza nəticəsində 7 nəfər xəsarət alıb, ölən yoxdur.
Xəsarət alanlar yerli mərkəzi şəhər xəstəxanasına aparılıblar.
DiasporPress.az