“Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ prezidenti Cozef Baydenlə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüşə hazırlıq işlərinin özünə aid hissəsini yerinə yetirir”.
“RİA Novosti” xəbər verir ki, bunu Rusiya XİN-in sözüçüsü Mariya Zaxarova “Solovyov Live”nn efrində bildirib.
Qeyd edək ki, aprelin 13-də C.Baydenlə V.Putin arasında telefon danışığı olub. C.Bayden rusiyalı həmkarına ABŞ və Rusiyanın qarşısında duran bütün məsələləri müzakirə etmək üçün qarşıdakı aylarda üçüncü ölkədə sammit keçirməyi təklif edib
Diasporpress.az