Rusiya və Türkiyə kosmik səhədə əməkdaşlığın inkişafı üçün ikitərəfli hökumətlərarası müqavilənin hazırlanması üzərində fəal işləyirlər.
Bu barədə “Roskosmos”un mətbuat xidmətindən məlumat verilib.
“Hazırda ölkələr arasında kosmik fəaliyyət sahəsində əməkdaşlığın gələcək uğurlu inkişafı üçün möhkəm zəmin yaradacaq ikitərəfli hökumətlərarası çərçivə sənədinin hazırlanması üçün fəal iş aparılır”, – deyə “Roskosmos”dan bildiriblər.
Qeyd edək ki, Türkiyə Azərbaycan və Pakistanla da kosmik sahədə əməkdaşlığa hazırlaşır.
Diasporpress.az