İran müdafiə nazirinin müavini, briqada generalı Xocatulla Qüreyşi Moskvaya səfər edib.
Bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
O, Moskvada Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fominlə görüşüb. Tərəflər arasında əsas müzakirə mövzusu hərbi və hərbi texniki əməkdaşlıq, regional təhlükəsizlik məsələləri olub. Onlar müdafiə sferasında əlaqələrin inkişafı və dialoqun dərinləşdirilməsini təsdiqləyiblər.
Diasporpress.az