Diaspor

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Dövlət Komitəsində olub – FOTO

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Dövlət Komitəsində olub – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Day.Az-a verilən məlumata görə, qonağı salamlayan Komitə sədri ölkəmizin diaspor siyasəti və xaricdə yaşayan azərbaycanlılar barədə məlumat verib, Rusiyada yaşayan azərbaycanlıların ölkənin mədəni və ictimai həyatına sürətlə inteqrasiya etdiklərini bildirib. Görüş zamanı Fuad Muradov Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin və iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsinin önəminə toxunub.

Səmimi qəbula görə təşəkkürünü bildirən Mixail Şvıdkoy qloballaşan dünyada mədəni dialoq qurmağın vacibliyindən söz açıb. Qonaq bildirib ki, Rusiya və Azərbaycan arasında münasibətlər mədəni sahələrdə də uğurla davam edir və rəsmi Moskva Azərbaycanla əməkdaşlığa böyük önəm verir.