Vladimir Putinin qərarı ilə Rusiya Federasiyasının ərazisində yerləşən hərbi hissələrdə qəfil yoxlamalar həyata keçirilir.
Lenta.ru xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu məlumat yayıb.
Yoxlanış Cənub və Qərb Hərbi Dairələrini, Hava-Desant Qüvvələrini, Şimal və Sakit okean donanmalarının dəniz piyada qoşunlarını əhatə edəcək.
S.Şoyqu bildirib ki, yoxlama müddətində 56 taktiki hərbi təlim keçiriləcək. Təlimlər ölkə ərazisində yerləşən 35 poliqonda baş tutacaq.
DiasporPress.az