“Bu il dünyada baş verən terror hadisələrində 7 mindən çox insan ölüb və xəsarət alıb”.
DiasporPress.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Soçidə FTX-nin tərəfdaş dövlətlərinin xüsusi xidmət, təhlükəsizlik və hüquq-mühafizə orqanları rəhbərlərinin XVIII iclasının açılışında çıxış edərkən deyib.
“Yalnız 2019-cu ildə dünyada 1500-dən çox hücum təşkil edilib və nəticədə 7 minə yaxın insan ölüb və xəsarət alıb”, – A.Bortnikov bildirib.
DiasporPress.az